“KENZEY P&C” Şirkətinin əsası 1993-cü ildə Rusiyanın Krasnoyarsk vilayətində qoyulmuş və hal-hazırda Novosibirsk və Krasnoyarsk şəhərlərində fəaliyyətdə olan “HANZ Cosmetics” kampaniyasının nəzdində 2010-cu ildə Azərbaycanda yaradılmışdır. Artıq 2010-cu ildən “KENZEY P&C” şirkəti Polşa, Türkiyə və BƏƏ-dən olan kosmetik və parfum fabriklərinin məhsullarını Azərbaycan ərazisində realizasiya etməyə başlamışdır. Hal-hazırda “KENZEY P & C” şirkəti Polşanın Verona, Bell, Belle Jardin, Pharma CF, Marcon Avista, Basel Olten Pharm, Chantal və BƏƏ-nin Lattafa, Afnan, European Perfume Works şirkətlərinin Azərabaycanda rəsmi distribyutorudur.